Vardan Oskanyan: “Ermənistanın vəziyyəti ağırdır”
Bizi izləyin

Dünya

Vardan Oskanyan: “Ermənistanın vəziyyəti ağırdır”

“Ermənistanın sosial-iqtisadi vəziyyəti ağırdır, 4 ildə biz təkcə yerimizdə saymamışıq, həm də bir çox istiqamətdə geriləmişik”.

Publika.Az-ın erməni mətbuatına istinadən verdiyi məlumata görə, bu sözləri Ermənistanın sabiq xarici işlər naziri Vardan Oskanyan deyib. Sabiq nazir bildirib ki, mayın 6-da keçiriləcək seçkilər təkcə parlament seçkiləri yox, eyni zamanda hökumət seçimidir: “Ermənistan konstitusiyasına görə, hökumət millət vəkillərinin səs çoxluğu ilə təşkil olunur”.

Vardan Oskanyan bildirib ki, ölkənin sosial-iqtisadi vəziyyətinin ağır olduğu bütün çılpaqlığı ilə göz qabağındadır. Bu gün Ermənistanda yoxsulluğun səviyyəsi artıb, təxminən yarım milyon insan yoxsulluqdan əziyyət çəkir.

Oskanyanın sözlərinə görə, dövlətin xarici borcu 3 dəfə böyüyüb və ilin sonunda 4 milyard dollardan çox olacaq. O, vəziyyətin ağırlığının səbəbləri ilə bağlı deyib ki, iqtidarın idarəetmədə ciddi problemləri var: “İqtisadiyyatda səhv hədəflərin seçilməsi, mərkəzləşmə meylinin artması, mülkiyyət dağılmasında təhlükəli proseslər problemlərin başlıca səbəblərindəndir”.

Oskanyanın fikrincə, vəziyyətdən çıxış yolu azad və ədalətli seçkilər nəticəsində yeni hökumətin yaradılması, dövlət idarəetməsində peşəkar şəxslərin iştirakıdır.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm