Donbasdakı müharibə bu hadisədən sonra başa çatacaq – PROQNOZ
Bizi izləyin

Dünya

Donbasdakı müharibə bu hadisədən sonra başa çatacaq – PROQNOZ

“Donbas hövzəsində müharibə Rusiyanın qoşunları buradan çıxarmasından üç həftə sonra başa çatacaq”.

Publika.az-ın “Ukrinform” saytına istinadən verdiyi məlumata görə, belə bir proqnozla Ukrayna prezidenti Pyotr Poroşenko Polşaya səfəri zamanı deyib.

Ukrayna prezidentinin sözlərinə görə, Üçüncü Dünya müharibəsinin qarşısının alınması üçün Rusiya qoşunları ölkəsinin ərazisini tərk etməli və Donbasdakı münaqişəyə son qoyulmalıdır. Dövlət başçısı Rusiya prezidenti Vladimir Putinin səhv siyasəti üzündən yaranan vəziyyətdən yeganə çıxış yolunun Minsk razılaşmaları olduğunu bildirib.

Prezidentin sözlərinə görə, sözügedən sənədin müddəaları çox sadədir: girovların azad olması, xarici qoşunların Ukraynadan çıxarılması, sərhədin bağlanması, beynəlxalq müşahidəçilərin nəzarəti altında və Ukrayna qanunvericiliyi əsasında yerli seçkilərin keçirilməsi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm