Ermənistan: "Yeni RLS tikintisi üçün Rusiyaya yer verə bilərik"
Bizi izləyin

Dünya

Ermənistan: "Yeni RLS tikintisi üçün Rusiyaya yer verə bilərik"

Ermənistanın Baş naziri Tiqran Sarkisyan "Kommersant" qəzetinə müsahibəsində respublika ərazisində radiolokasiya stansiyasının tikintisi haqqında məsələni Rusiya ilə müzakirə etməyə hazır olduqlarını bildirib.


"Əgər bizim ərazimiz belə maraq kəsb edirsə, onda biz bu məsələni müzakirə etməyə hazırıq. Hesab edirəm ki, burada hətta üstünlük də ola bilər, çünki Ermənistan dağlıq ölkədir. Əhatə geniş ola bilər", - Trend-in məlumatına görə, Sarkisyan deyib.

Azərbaycanın Qəbələ rayonunun yaxınlığında yerləşən Qəbələ RLS SSRİ-nin raket əleyhinə sisteminin ən vacib elementi olub. Azərbaycan müstəqillik əldə etdikdən və RLS onun mülkiyyətinə keçdikdən sonra Rusiya Azərbaycanın daxili siyasi həyatındakı gözlənilməz hadisələrə baxmayaraq, stansiyadan istifadəni davam etdirib.

RLS-in icarəsi haqqında onillik saziş 2002-ci ildə imzalanıb.
Əvvəllər RF Müdafiə Nazirliyi Qəbələ RLS-in icarə müddətinin 2025-ci ilə qədər uzadılması üzrə Azərbaycanla danışıqların aparıldığı barədə məlumat verib. Qəbələ RLS-in icarə və istifadə şərtləri haqqında sazişin müddəti 2012-ci il dekabrın 24-də başa çatır.

"A.L.Mints adına Radiotexnika İnstitutu" ASC-nin baş direktoru Vladimir Savçenko RİA Novosti agentliyinə müsahibəsində deyib ki, Rusiya Qəbələdə "Voronej-VP" ən yeni radiolokasiya stansiyasının (RLS) tikintisini 2019-cu ilədək tamamlamağı planlaşdırır. Bu stansiya bundan əvvəlki nəsil "Daryal" RLS-i əvəz edəcək.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm