Pakistanda 500 nəfər edam olunacaq
Bizi izləyin

Dünya

Pakistanda 500 nəfər edam olunacaq

Pakistan hakimiyyəti terrorçuluqda ittiham olunan 500 məhbusun ən yaxın həftələrdə edam ediləcəyini bəyan edib.

Publika.az-ın verdiyi xəbərə görə, bu barədə “Agence France-Presse” agentliyi bildirib.

Qeyd edək ki, Pakistanda son günlərə qədər ölüm hökmü ilə bağlı moratorium qüvvədə idi. Dekabrın 16-da taliblərin Pişəvər şəhərindəki hərbi məktəbə hücumdan sonra Pakistanın baş naziri Navaz Şərif edam hökmünə qoyulan moratoriumu ləğv edib.

Məktəbə hücum edən 6 talib 148 nəfəri öldürüb. Onlardan 132-i isə uşaqdır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm