Moskvanın son silahı: Rusiyanın iflasında “günah keçisi” onlar olacaq
Bizi izləyin

Dünya

Moskvanın son silahı: Rusiyanın iflasında “günah keçisi” onlar olacaq

Rusiyada getdikcə ağırlaşan iqtisadi böhran yeni etiraz dalğasını yarada bilər.

Publika.az-ın Rusiya mediasına istinadən verdiyi məlumata görə, bu barədə Strateji Araşdırmalar Mərkəzinin keçmiş prezidenti Mixail Dmitriyev və sosioloq Sergey Belanovskinin yeni tədqiqatında deyilir.

Dmitriyev 2011-2012-ci illərdəki kütləvi etiraz aksiyaları barədə də əvvəlcədən xəbərdarlıq etmişdi. İqtisadçının “Rusiyalıların siyasi əhval-ruhiyyəsinin monitorinqi” adlı tədqiqatı Rusiyanın keçmiş maliyyə naziri Aleksey Kudrinin rəhbərlik etdiyi Vətəndaş Təşəbbüsləri Komitəsində təqdim ediləcək. Rusiyalıların əhval-ruhiyyələrini öyrənən Dmitriyev və Belanovski belə nəticəyə gəliblər ki, cəmiyyət ölkədəki vəziyyətlə bağlı rəsmi KİV-in xəbərlərinə daha inanmır. Qeyd olunur ki, iqtisadiyyatda mənfi tendensiyaların artması insanları internetdə, o cümlədən sosial şəbəkələrdə alternativ informasiya mənbələrini axtarmağa məcbur edir.

Tədqiqatın müəllifləri qeyd edirlər ki, sosial təcavüzün obyekti dəyişib. Yəni, hazırda məmurlar və miqrantlar deyil, “xarici düşmən”ə əsas hədəfdir. Rusiya üzrə türkiyəli mütəxəssis Habibe Özdan da iki gün əvvəl Moskvanın qarşılaşdığı iqtisadi problemləri şərh edərkən bu məqama toxunub. “Putin hazırda baş verənləri “xarici aktyorların Rusiyanı dağıtma planı” olduğunu bildirir. İndiki halda Qərb əleyhdarlığı artır və Putinə dəstək çoxalır. Ancaq itkilər cəmiyyətin üzərində hiss olunduqca yaşananlar yeni ortaya çıxan orta sinif üzərində dağıdıcı effekt yaradacaq. O halda isə işin rəngi dəyişəcək”, - Özdal deyib.

Dmitriyev və Belanovskinin qənaətində görə, iqtisadi problemlər artdıqca məmurlar və miqrantlar yenidən etiraz əhvali-ruhiyyələrinin əsas hədəfi ola bilər.

Tədqiqatçılar vətəndaşlardan Rusiya və Putini hər hansı heyvanla müqayisə etməyi xahiş ediblər. Məlum olub ki, Rusiya və Putinin “status”unda kəskin düşmə baş verib. Əgər ilin əvvəlində Rusiya və Putin ayı, öküz və qartal kimi güclü heyvanlarla müqayisə edilirdisə, respondentlər hazırda canavar, hətta dovşan kimi heyvanların adlarını çəkirlər. Beləliklə, vətəndaşların fikrincə, Rusiyanın dünyada çəkisi və nüfuzu azalıb.

Qeyd edək ki, Putinin özü Rusiyanı ayı ilə müqayisə etməkdə davam edir. O, dekabrın 18-də keçirdiyi illik mətbuat konfransında Qərbin Rusiya ayısını zəncirləmək istədiyini və amma ayının öz tayqasını heç kimə verməyəcəyini dilə gətirib.

Ekspertlərin fikrincə, rusiyalıların hazırkı əhval-ruhiyyələri 2008-ci ildəki böhran zamanı müşahidə olunan əhval-ruhiyyələrə çox yaxındır. Dmitriyev hətta indiki vəziyyətin əvvəlkindən gözəçarpan dərəcədə fərqləndiyini qeyd edib. Tədqiqat müəllifləri hesab edir ki, 2015-ci ildə iqtisadi xarakterli etirazlar qaçılmaz olacaq. Amma bu etirazların siyasi xarakterə keçib-keçməyəcəyinin hələlik məlum olmadığı deyilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm