Xarkov şəhər şurasına hücum - SON DƏQİQƏ – VİDEO/FOTOLAR
Bizi izləyin

Dünya

Xarkov şəhər şurasına hücum - SON DƏQİQƏ – VİDEO/FOTOLAR

Təxminən 20 nəfərlik qrup Xarkov şəhər şurasının binasına hücum edib.

Publika.az-ın “unian.net” saytına istinadən verdiyi məlumata görə, qrup binaya daxil olmağa çalışır.

Milis şəhər şurasının bütün giriş və çıxışlarını mühasirəyə alıb. Binaya daxil olmağa çalışanlar şəhər şurasının sessiyasında iştirak etmək istədiklərini bildiriblər. Onların sözlərinə görə, şəhər şurasının sessiyasında iştirak etmək hər bir xarkovlunun hüququdur.

Şəhər şurasından isə bildiriblər ki, sessiyada iştirak etmək istəyən hər bir vətəndaş bunun üçün 48 saat əvvəl müraciət etməlidir. Sessiyalarda çıxış etmək üçün isə deputatların əksəriyyətinin səsi lazımdır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm