Rusiyanın Donbasa yerləşdirdiyi silahlar – ŞOK SİYAHI
Bizi izləyin

Dünya

Rusiyanın Donbasa yerləşdirdiyi silahlar – ŞOK SİYAHI

Rusiya Federasiyası 1,5 ay ərzində Donbas hövzəsinə 402 zirehli avtomobil, 256 tank, 138 "Qrad” reaktiv yaylış atəş sistemi, 42 artilleriya topu, 5 "Buk” və 4 "Toçka-U" zenit-raket kompleksi göndərib.

Publika.az-ın “unian.net” saytına istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının hesabatında deyilir.

Hesabatda bildirilir ki, Rusiya sözügedən hərbi texnika və silah-sursat “humanitar yardım” adı ilə göndərir. “Humanitar yardım”lar ümumilikdə separatçıların nəzarəti altında olan 8 nəzarət-buraxılış məntəqəsi vasitəsilə keçirilib. Bunlardan 4-ü Luqansk, digər 4-ü də Donetsk vilayəti ərazisindədir.

Məlumata görə, Rusiyadan 1903 yük avtomobili, 205 minik avtomobili və mikroavtobusov, şəxsi heyətlə 20 avtobus və 242 benzindaşıyan maşın Donbas hövzəsinə keçib. Yuxarıda adı çəkilənlərdən əlavə, 4 “Uraqan” reaktiv yaylım atəş sistemi, 4 “Buratino” ağır odsaçan sistem, 5 "Taran" radio kəşfiyyat kompleksi, 3 radiolokasiya kompleksi və bir radiolokasiya stansiyası Ukraynanın şərqində yerləşdirilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm