“Aş-Şabab” qruplaşması Somalidə sülhməramlıların bazasına hücum edib
Bizi izləyin

Dünya

“Aş-Şabab” qruplaşması Somalidə sülhməramlıların bazasına hücum edib

“Aş-Şabab” terror qruplaşmasının döyüşçüləri Somalinin paytaxtı Moqadişoda Afrika İttifaqının sülhməramlılarının bazasına hücüm edib.

Publika.az-ın “Reuters” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə qruplaşmanın nümayəndəsi bildirib.

“Bizim döyüşçülərimiz Xalane bazasının ərazisinə daxil olub”, - “Aş-Şabab”ın nümayəndəsi deyib. “Reuters”in fotomüxbiri bildirib ki, Qərb diplomatı döyüşçülərin müdafiə hasarını keçə bilmədiyini açıqlayıb.

Hücum nəticəsində zərər çəkənlər barədə məlumat verilmir.

Qeyd edək ki, Afrika İttifaqının sülhməramlılarının bazasına qitənin bir neçə ölkəsinin hərbçiləri daxildir. Sülhməramlı güclər 2007-ci ildən “Aş-Şabab” qruplaşması ilə mübarizədə Somalinin hökumət güclərinə kömək edirlər.

“Aş-Şabab” qruplaşması ölkənin cənub və mərkəzi regionlarında geniş ərazilərə nəzarət edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm