Prezident baş naziri işdən kənarlaşdırdı
Bizi izləyin

Dünya

Prezident baş naziri işdən kənarlaşdırdı

Belarus prezidenti baş naziri işindən kənarlaşdırıb.

Publika.az-ın məlumatına görə, Aleksandr Lukaşenko Mixail Myasnikoviçin yerinə prezident aparatının rəhbəri Andrey Kobyakovu təyin edib.

Lukaşenko Mərkəzi Bankın direktoru və bir neçə naziri də vəzifəsindən kənarlaşdırıb.

Belarusun rublunun Rusiya valyutası ilə bağlılığı olmasa da, Belarus iqtisadi problemlər yaşayan Moskvadan olduqca asılıdır.

Belarus ixrac etdiyi malların yarısını Rusiyaya göndərərək, onun subsidiyalarına arxalanır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm