ABŞ-dan Fələstinə soyuq duş: Səsvermə başlamadan bitdi
Bizi izləyin

Dünya

ABŞ-dan Fələstinə soyuq duş: Səsvermə başlamadan bitdi

Vaşinqton Fələstin dövlətinin yaradılması haqqında qətnamə layihəsini dəstəkləmir.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Ceff Ratke bildirib.

Onun sözlərinə görə, ABŞ qətnamə layihəsini qeyri-konstruktiv hesab edir. Ratke qeyd edib ki, qətnamə layihəsi fələstinlilər tərəfindən təklif edilmiş “iki xalq üçün iki dövlət” prinsipinə uyğun deyil və təhlükəsizliyin təmin olunması baxımından israillilərin ehtiyacları nəzərə alınmır.

Bundan əvvəl Fələstin tərəfi bildirmişdi ki, Fələstin dövlətinin yaradılması haqqında qətnamə layihəsinin son varinatını BMT Təhlükəsizlik Şurasına verəcək. Fələstin xəbər agentliyinin məlumatına görə, Fələstin administrasiyasının lideri Mahmud Abbasın ABŞ-ın dövlət katibi Con Kerri ilə telefonla danışaraq bu niyyəti barədə ona məlumat verib. Amerika tərəfi isə xəbərdarlıq edib ki, bu təşəbbüsü dəstəkləmir.

Mahmud Abbasın müavini Saib Erekat isə qətnamə layihəsinin BMT Təhlükəsizlik Şurasında dekabrın 30-u və yaxud dekabrın 31-i səsverməyə çıxarılacağına ümid etdiyini bildirib.

Qətnamə layihəsində İsraillə sülh razılaşmasının 2015-ci il ərzində əldə olunmasının vacibliyi qeyd olunub. Bundan başqa, fələstinlilər İsraildən 2017-ci ilin sonuna kimi işğal etdiyi əraziləri azad etməyi tələb edir. Layihənin son variantında 1967-ci il sərhədləri çərçivəsində və paytaxtı Şərqi Qüds olan Fələstin dövlətinin yaradılması əksini tapıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm