Yanan gəmidən 8 meyit çıxarılıb, 38 nəfər itkin düşüb
Bizi izləyin

Dünya

Yanan gəmidən 8 meyit çıxarılıb, 38 nəfər itkin düşüb

Norman Atlantic bərəsində olan 478 sərnişindən 433 nəfəri xilas edilib.

Publika.az-ın məlumatına görə. bu barədə Yunanıstanın sahil mühafizə xidməti məlumat yayıb. Məlumata görə. xilasetmə zamanı 8 nəfərin cəsədi tapılıb, 38 nəfərin isə itkin düşdüyü məlum olub.

Hazırda xilasedicilərin bərənin içərisində axtarış apardıqları bildirilir. Yunanıstan liman xidmətinin qərargahı İtaliyanın hökumət dairələrinə axtarışları gücləndirmək üçün xilasedicilərin xüsusi qrupunun göndərilməsini təklif edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm