Rusiyadan Poroşenkoya jest
Bizi izləyin

Dünya

Rusiyadan Poroşenkoya jest

Rusiya müstəntiqləri prezident Poroşenkonun nəzarət etdiyi, Ukraynanın Roshen şirniyyat məhsulları şirkətinə qarşı cinayət işinə xitam veriblər.

Publika.az xəbər verir ki, Vəkil Violetta Volkovanın Tvitterdə yaydığı məlumata əsasən, Roshen şirkətinin baş direktorunun bəraət almaq hüququ tanınıb. Vəkilin sözlərinə görə, şirkətin fəaliyyətində cinayət tərkibi aşkar edilmədiyinə görə istintaq dayandırılıb. Eyni zamanda şirkətin bank hesablarına tətbiq edilmiş həbs tədbiri aradan götürülüb.

Məlumatlara görə, şirkətin Rusiyadakı bank hesabında 2,5 milyard rubl məbləğində vəsait toplanıb. Bu ilin mart ayında Moskva məhkəməsi Roshen-ə qarşı cinayət işilə bağlı aparılan istintaq çərçivəsində şirkətin Rusiyadakı bank hesabına həbs qoymuşdu. Roshen-ə qarşı məhkəmə iddiası rusiya şirniyyatçılar holdinqi tərəfindən irəli sürülmüşdü.

Rusiyalı şirniyyatçılar birliyi Roshen şirkətindən, ticarət markalarından qeyri-qanuni istifadə etdiyinə görə, 2,4 milyard rubl ödəməyi tələb edirdi.

Ötən gün keçirdiyi mətbuat konfransında prezident Poroşenko Roshen şirkətinin Rusiya ərazisində məhsulunu satmadığını bildirib: "Roshen Rusiya bazarında işləmir, 2013-cü ildən şirkətə qarşı sanksiya tətbiq edilir".

Ekspertlərə görə, Roshen-ə qarşı 2013-cü ilin iyun ayında sanskiya tətbiq edilənə qədər bu şirkət Rusiya şirniyyat bazarında 12 faizlik paya sahib olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm