• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Buş ailəsi Ağ Ev uğrunda hazırlıqlara başladı

  • Dünya
  • 2 Yanvar 2015 06:17
  • 494 Baxış
Buş ailəsi Ağ Ev uğrunda hazırlıqlara başladı

Buş ailəsinin son beşiyi Ceb Buş rəsmən 2016-cı il prezident eçkilərinə hazırlıqlara başlayıb.

Publika.az-ın məlumatına görə, bu məqsədlə o, şirkətlərin direktor şuralarındakı bütün vəzifələrindən imtina edib.

Ceb Buş rəsmi qərarını hələ ki açıqlamasa da, prezidentlik yarışında iştirak etmək niyyətində olduğunu artıq bildirib. 61 yaşlı siyasətçi təhsil fondunun təsisçiləri şurasından artıq gedib. Ceb Buşun nümayəndəsi Kristi Kempbell qeyd edib ki, bu qərarda məqsəd onun ABŞ prezidenti postu uğrunda mübarizə aparmaq niyyətində olmasından xəbər verir.

O, hələ 2014-cü ilin dekabr ayında xəbər verib ki, tezliklə prezident postu uğrunda mübarizəyə hazırlaşıb-hazırlaşmadığını rəsmən bəyan edəcək. Keçmiş prezidentin qardaşı bundan əvvəl isə artıq deyib ki, seçkilərdə iştirakı istisna etmir, ancaq onu da qeyd edib ki, bunun üçün əsas faktor onun bu ideyasına ailə üzvlərinin münasibəti də olacaq.

ABŞ KİV-ləri Ceb Buşun respublikaçıların prezidentliyə namizədi kimi “praymeriz”in nəticələrinə görə şansını daha yüksək dəyərləndirirlər. Onun demokratlardan mümkün rəqibi isə keçmiş dövlət katibi Hillari Klintonun olmaq şansı böyükdür.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR