• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Bayram günü anasının başını kəsdi

  • Dünya
  • 2 Yanvar 2015 13:02
  • 1 417 Baxış
Bayram günü anasının başını kəsdi

ABŞ-ın Florida ştatının Oldsmar şəhərində dəhşətli hadisə baş verib.

Publika.az xarici mətbuata istinadən məlumat verir ki, Yeni il axşamı şizofreniyadan əziyyət çəkən oğlan anasının başını kəsib.

Hüquq mühafizə orqanları 23 yaşlı Kristian Xose Qomesin törətdiyi əməli birinci dərəcəli cinayət adlandırıblar. Verilən məlumata görə, anası qutuları çardağa aparmağı xahiş etdiyi üçün oğlu əsəbləşib. Qomes 2 gün ərzində qətl barəsində düşünüb. Yeni il axşamı Qomes anasının başına balta zərbələri vurduqdan sonra qarajda onun başını kəsib. Sonra isə kəsilmiş başı həyətdəki zibil vedrəsində gizlədib. Sonradan oğlan anasının meyitini də zibil qutusuna atmağa çalışıb. Lakin cəsəd ağır olduğu üçün bunu edə bilməyib. Bundan sonra Qomes başsız meyiti zibil qutusunun yanına qoyaraq gedib.

Cinayət hadisəsi baş verən zaman onun 26 yaşlı qardaşı Mario evdə olub. Lakin Mario səs eşidərkən düşünüb ki, qardaşı Xose fikrini dəyişərək qutuları çardağa daşıyır. Sonradan Mario qaraja daxil olub və orada balta və qan izləri aşkar edib. Həyətdə də anasının meyitini aşkar etdikdən sonra polisə zəng edib.

Polislər qatili bir neçə kvartal aralıda yaxalaya bilib. O, velosipedlə hadisə yerindən qaçmağa çalışıb.

Qomesdə şizofreniya 20 yaşından etibarən diaqnozlaşdırılıb. Həkimlərin yazdığı dərmanları qəbul edib-etməməsi məlum deyil. Qohumlar isə qətlə yetirilən qadını olduqca yaxşı bir insan kimi xarakterizə edib.

Polis bölməsindən verilən məlumata görə, qatil baş verənləri sakitcə etiraf edib. “O, anasına hirsli idi və bu haqda danışmaq istəmirdi”, - deyə şerif Robert Qualtyeri deyib. Bundan əlavə, Xose anasınən daha çox böyük qardaşını sevməsindən şikayətlənib.

Şerif əlavə edib: “Onunla danışarkən hər hansı psixi pozuntusunun olduğunu başa düşmək olmur. Bu, bizi daha çox qorxuya salırdı”.

Əvvəllər Qomes xuliqanlığa görə də həbs olunub.

Nura

Xəbər lenti

DAHA ÇOX XƏBƏR