“Lada” qiymətləri qaldırdı
Bizi izləyin

Dünya

“Lada” qiymətləri qaldırdı

Rusiyanın "Avtovaz" şirkəti yanvarının 15-dən Lada avtomobillərinə qiymətlərin artacağını elan edib.

Publika.az-ın məlumatına görə, qiymət artımı orta hesabla 9% təşkil edəcək.

"Avtovaz" avtomobil nəhənginin prezidenti Bo Anderssonun sözlərinə görə, şirkət bu addımı məcbur olaraq atır.

"Biz Rusiya iqtisadiyyatında vəziyyətin qısa bir zamanda düzələcəyinə ümid edirdik, lakin, təəssüf ki, bu baş verməyiв", - Andersson deyib.

Daha əvvəl Lada avtomobillərinin qiyməti 2014-cü ilin mart ayında bahalaşmışdı.

Yeni avtomobillərlə bərabər Rusiyada ikinci əl avtomobillərin də qiyməti artıb.

İzvestiya qəzetinin xəbər verdiyinə görə, ötən ilin deklabr ayında işlənmiş avtomobillərə qiymət noyab ayı ilə müqayisədə 46% artıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm