Ukraynada hərbi vəziyyət tətbiq oluna bilər
Bizi izləyin

Dünya

Ukraynada hərbi vəziyyət tətbiq oluna bilər

Baş nazir Arseniy Yasenyukun lideri olduğu “Xalq cəbhəsi" fraksiyası ölkədə hərbi vəziyyətin tətbiq edilməsini təklif edib.

Publika.az “unian.net” saytına istinadən verdiyi məlumata görə, bu barədə “Xalq Cəbhəsi” fraksiyasının üzvü Roman Zastavnoqo bildirib.

Parlament üzvləri həmçinin prezident Pyotr Poroşenkoya ölkənin şərqində atəşkəs rejiminin ləğv edilməsi barədə müraciət etmək niyyətindədir.

Xatırladaq ki, prezident Poroşenko dünən növbəti səfərbərlik elan etdi. Müvafiq fərmanın bu gün imzalanacağı gözlənilir. Hərbi vəziyyətin tətbiqinə gəlincə, Pyotr Poroşenko bildirib ki, hərbi vəziyyətin tətbiqi silahın çatdırılmasına mane olacaq və Ukraynaya beynəlxalq maliyyə yardımını sual altına qoyacaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm