Rusiyada dayanacaqda partlayış: kişinin ayağı qopdu
Bizi izləyin

Dünya

Rusiyada dayanacaqda partlayış: kişinin ayağı qopdu

Rusiyanın İrkutsk vilayətinin Anqarsk şəhərində ictimai nəqliyyat dayanacağında partlayış olub.

Publika.az-ın “lenta.ru” saytına istinadən verdiyi məlumata görə, bu barədə İrkutsk vilayəti üzrə Daxili İşlər Nazirliyinin Baş idarəsinin saytında bildirilir.

Polisin məlumatına görə, yüngül yaralar alan bir qadın və bir kişi xəstəxanaya yerləşdirilib. Amma hadisənin şahidi olan “Bütün həftə” qəzetinin baş redaktoru Dmitri Nadimov yaralanan kişinin ayağının qopduğunu deyib.

Rusiya İstintaq Komitəsinin regional idarəsindən isə partlayış haqqında informasiyanı şərh etməyiblər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm