Dünya
Nemtsov: “Rusiyadan Gümrüdəki bazadan çıxmağı tələb edəcəklər”
“Ermənilər sonda Rusiyadan Gümrüdəki 102 saylı hərbi bazadan çıxmağı tələb edəcəklər”.
Publika.az xəbər verir ki, bunu Rusiya müxalifətinin liderlərindən olan Boris Nemtsov “Facebook” səhifəsində yazıb.
Rusiya müxalifətçisi Gümrüdə baş verən ailə qətliamının Putinin təbliğatı fonunda “Dojd” telekanalı istisna olmaqla bütün telekanallar tərəfindən Rusiya xalqından gizlədildiyini bildirib. Onun sözlərinə görə, Ermənistan vətəndaşlarının cinayəti törədən Rusiya hərbçisinin erməni hakimiyyətinə verilməsini tələb etməsi haqlı tələbdir.
“Ermənilər sonda Rusiyadan Gümrüdəki 102 saylı hərbi bazadan çıxmağı tələb edəcəklər. Şoyqu buna nail olur?” - Boris Nemtsov qeyd edib.
Ömər Dağlı
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."