Xarkovda məhkəmə binasında partlayış törədilib
Bizi izləyin

Dünya

Xarkovda məhkəmə binasında partlayış törədilib

Ukraynanın Xarkov şəhərinin Moskva rayon məhkəməsinin binasında partlayış baş verib.

Publika.az-ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, bu barədə “Facebook” səhifəsində Ukrayna daxili işlər nazirinin məsləhətçisi, xalq deputatı Anton Qeraşenko yazıb.

Partlayış nəticəsində 13 nəfər yaralanıb. Onlardan birinin vəziyyəti son dərəcə ağırdır. Daha 6 nəfərin vəziyyəti ağır, digər 6-nın vəziyyəti isə yüngül qiymətləndirilir.

Partlayışa görə hələ heç kim saxlanılmayıb. Amma sosial şəbəkələrin istifadəçiləri bildirirlər ki, bu gün Moskva rayon məhkəməsində qanunsuz silah saxlamaqda ittiham olunan fəal Mixail Sokolovun işi üzrə növbəti dinləmə keçirilib. Onun məhkəmə iclaslarının bir qayda olaraq “Sağ sektor”un üzvlərinin etiraz aksiyası ilə müşayiət olunduğu bildirilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm