Türkiyədəki qanlı aksiyaların arxasında Almaniya kəşfiyyatı dayanır – İDDİA
Bizi izləyin

Dünya

Türkiyədəki qanlı aksiyaların arxasında Almaniya kəşfiyyatı dayanır – İDDİA

Türkiyənin “Akşam” qəzetinin yazarı Murad Kelkitlioğlu Şırnak vilayətinin Cizrə mahalında həyata keçirilən qanlı aksiyalarla bağlı şok iddia irəli sürüb.

Publika.az xəbər verir ki, türkiyəli yazar PKK-nın gənclər təşkilatı olaraq tanınan Yurdsevər İnqilabçı Gənclik–Hərəkatının (YDG-H) aksiyalarının arxasında Almaniya kəşfiyyatının olduğunu yazıb.

Yazar bildirib ki, YDG-H ilə ittifaq qurmaqda ittiham olunan təhlükəsizlik gücləri daxilindəki “paralel dövlət” kürd məsələsinin həlli prosesinə maneə olmaq üçün hər cür yolu məqbul sayır.

“Cizrədə oynanılan oyun, qurulan çirkli ittifaq, sadəcə, bunlarla məhdudlaşmır. Həll prosesinə qarşı olan PKK “baronları” YDG-H-ni Cizrədə yaratdı, bəzi PKK-çıları buradakı evlərdə yerləşdirdi. Bu gücü haradan alırlar? Almaniya kəşfiyyatı bu bölgədə aksiyalar təşkil edir. Çünki Almaniya kəşfiyyatı PKK-ya nəzarət etmək istəyir”, - Murad Kelkitlioğlu vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm