Turçinov: “Rusiya Ukraynanı dövlət kimi məhv etmək istəyir”
Bizi izləyin

Dünya

Turçinov: “Rusiya Ukraynanı dövlət kimi məhv etmək istəyir”

“Rusiya işğalçılarının əsas məqsədi Ukraynanın bir dövlət kimi məhv edilməsidir”.

Publika.az-ın “unian.net” saytına istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov bildirib.

“Ssenarilərdən asılı olmayaraq, Rusiya işğalçılarının əsas məqsədi, sözsüz ki, Ukraynanın dövlət quruluşu və müstəqilliyini məhv etməkdir. Artan təhlükəni nəzərə alaraq Ukrayna hərbçilərinin hərəkətlərində düzəliş ediləcək”, - Turçinov dilə gətirib.

Rusiya hərbi kontingentinin işğal edilən zonada gücləndiyini deyən Turçinov hərbi texnika və silahın cəmləşdirilməsi prosesinin getdiyini bildirib. Sülh danışıqlarının davam etdirilməsinin aktual olub-olmadığına gəlincə, Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi “Bu gün Ukraynanın müdafiəsi aktualdır!” deyib.

Məlumata görə, Aleksandr Turçinov bu gün döyüş əməliyyatlarının aktivləşdiyi anti-terror əməliyyatları zonasına gedib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm