Ermənilər 7 nəfəri öldürən rus əsgərini döydü
Bizi izləyin

Dünya

Ermənilər 7 nəfəri öldürən rus əsgərini döydü

Avetisyan ailəsinin 7 üzvünü öldürən rus hərbçi Permyakov saxlanıldıqdan bir gün sonra Gümrüdə yerləşən xəstəxanalardan birinə aparılıb.

Axar.az xəbər verir ki, bu barədə Ermənistanın “Joqovurda” qəzeti məlumat yayıb.

Qəzetin əldə etdiyi məlumata görə, Permyakov döyülüb və səhhəti pisləşdiyi üçün xəstəxanaya aparılaraq müxtəlif testlərdən keçirilib.

O daha sonra Gümrüdə yerləşən 102 saylı hərbi bazaya aparılıb.

“Joqovurda” qəzetinin iddiasına görə, xəstəxanada çalışan həkim və işçilər Permyakovun səhhətində yaranan problemlərlə maraqlanmaqdan imtina ediblər.

Qeyd edək ki, yanvarın 12-də Rusiyaya məxsus 102 saylı hərbi hissənin əsgəri Permyakov Gümrüdə bir ailənin 6 üzvünü öldürmüş, altı aylıq körpəni isə yaralamışdı. Yaralanan altı aylıq uşaq Serj Avetisyan isə yanvarın 19-da ölüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm