Xamneyi Avropa və ABŞ gənclərinə müraciət etdi
Bizi izləyin

Dünya

Xamneyi Avropa və ABŞ gənclərinə müraciət etdi

İranın ali dini lideri ayətulla Əli Xamneyi Avropa Birliyi və ABŞ gənclərinə açıq məktub vasitəsilə müraciət edib.

Publika.az-ın məlumatına görə, dini lider öz məktubunda bildirib ki, Qərb islam dini və müsəlmanlara qarşı nifrət oyatmağa çalışır. Ayətulla Qərb gəncliyini dezinformasiya kampaniyasının qurbanına çevrilməməyə çağırıb.

Əli Xamneyi gəncləri islam dini barədə bilik və məlumatları gerçək mənbələrdən, ilk növbədə, Qurandan öyrənməyə çağırıb.

Məktubun yazılmasına səbəb bu yaxınlarda Fransada baş vermiş hadisələr olub. İngilis dilində yazılmış həmin məktub, İran Ali dini rəhbərinin rəsmi vebsaytında dərc olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm