Ukrayna Rusiyanı ifşa edən dəlilləri ələ keçirdi - FOTO 18+
Bizi izləyin

Dünya

Ukrayna Rusiyanı ifşa edən dəlilləri ələ keçirdi - FOTO 18+

Ukrayna prezidentinin məsləhətçisi Yuri Biryukov Donetsk ərazisində zərərsizləşdirilmiş yük maşınlarının şəkillərini yayıb.

ANS PRESS-in məlumatına görə, maşınlarda rusiyalı hərbçilər olub.

"Yoldaş Lavrov! Budur, siz hamınız iddia edirsiniz ki, Donetskdə Rusiya hərbi qulluqçusu yoxdur, bütün bunlar fitnə və iftiralardır. Bu gün səhər tezdən şəxsi heyətlə iki yük maşını, bir neçə BMP və BTR zirehli maşınların müşayəti altında Donetsk aeroportuna tərəf irəliləyirdi. Kəşfiyyatımız onları ələ keçirib zərərsizləşdirdi", - deyə Yuri Biryukov bildirib.

Biryukov qeyd edib ki, separatçılar tərəfdə 20-dən çox döyüşçü həlak olub, ondan çox yaralı var. Yaralılara tibbi yardım göstərildikdən sonra dindiriləcəklər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm