Krım və “Novorossiya” Rusiya üçün mənəvi kompensasiyadır
Bizi izləyin

Dünya

Krım və “Novorossiya” Rusiya üçün mənəvi kompensasiyadır

“Krım Uzaq Şərq və Şərqi Sibirin itirilməsi qarşılığında Rusiya üçün mənəvi kompensasiya ola bilər”.

Publika.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu sözləri Operativ-strateji Analiz Mərkəzinin tədqiqat proqramları bölməsinin rəhbəri Petr Kopka deyib.

Onun sözlərinə görə, Şərqi Sibir və Uzaq Şərq üzərində nəzarəti gizli şəkildə gücləndirən Çin üçün Rusiyanın dostu rolunu oynamaq sərfəlidir: “Pekin ilk növbədə Rusiyanın enerjidaşıyıcısılarına maraq göstərir. Şimal rayonlarının urbanizasiyası və Rusiya sərhədinə Çin əhalisinin yerdəyişməsi üçün burada lazımı infrastruktur qurulmalıdır. İkincisi, Çin hələ də Rusiya ilə hərbi-texniki əməkdaşlığa ehtiyac duyur. Üçüncüsü, pisləşən demoqrafik vəziyyət şəraitində Şərqi Sibir və Uzaq Şərqin idarə edilməsi Moskva üçün getdikcə çətinləşir. Nəhayət, Pekinə də aydın olub ki, zaman içində Moskva ilə Şərqi Sibir və Uzaq Şərq regionlarının əlaqələri zəifləyəcək. Ukrayna macərası isə bu prosesi yalnız tezləşdirir”.

“Bunu Kremldə nə qədər anlayırlar, demək çətindir. Ancaq güman edə bilərik ki, Krım və “Novorossiya” adlanan ərazilər Şərqi Sibir və Uzaq Şərq əraziləri üzərində nəzarətin mümkün itkisi əvəzində mənəvi kompensasiyadır. İddia etmək olar ki, Kremldə bunu anlayırlar. Və prosesin sürətləndirilməsi üçün mümkün olan hər şey edirlər”, - ukraynalı ekspert qeyd edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm