Rusiya Müdafiə Nazirliyi Putini pis vəziyyətdə qoydu – SƏNƏD
Bizi izləyin

Dünya

Rusiya Müdafiə Nazirliyi Putini pis vəziyyətdə qoydu – SƏNƏD

Rusiya Federasiyası Müdafiə Nazirliyi Birinci Ukrayna cəbhəsinin 60-cı ordusunun milli tərkibi haqqında sənədi yayımlayıb.

Publika.az Ukrayna mediasına istinadən xəbər verir ki, sənəd Rusiya prezidenti Vladimir Putin və Xarici İşlər Nazirliyinin İkinci Dünya müharibəsində ukraynalılar barəsində danışdıqlarının yalan olduğunu ortaya çıxarıb.

Putin və Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, Rusiya Ukraynasız da İkinci Dünya müharibəsində qalib gələ bilərdi. Sözügedən sənəd isə təkcə 60-cı ordunun sıralarında 42 min rus və 38 min ukraynalının vuruşduğunu göstərir.

Vladimir Putin dünən də xatırladıb ki, rus xalqı nasizmlə mübarizədə əsas yükü üzərinə götürüb. Putin nitqində faşizmlə mübarizədə keçmiş SSRİ-dəki müttəfiq respublikaları yada salmayıb. Rusiya prezidenti bu fikirdədir ki, ukraynalıların özləri Lvov, Odessa, Kiyevin və Ukraynanın digər şəhərlərində yəhudilərin məhv edilməsində iştirak ediblər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm