Nemtsov: “Putin və böhran sinonim sözlərdir”
Bizi izləyin

Dünya

Nemtsov: “Putin və böhran sinonim sözlərdir”

“Rusiya Federasiyası Qərblə “soyuq müharibə”nin başlanması və neft qiymətlərinin düşməsindən əvvəl iqtisadi böhrana məhkum edilib”.

Publika.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya müxalifətçisi Boris Nemtsov bildirib.

“Təbliğat aparılır ki, böhranın səbəbləri neft qiymətlərin düşməsi və Qərbin sanksiyalarıdır. Bu, yalandır. Böhran 2013-cü ildə başlanıb. Həmin vaxt neftin orta qiyməti 100 dollardan çox idi və heç bir sanksiya da yox idi. 2013-cü ildə ümumi daxili məhsulun artımı yalnız 1,3 faiz təşkil edib. Beləliklə, inkişaf faktiki olaraq dayanmışdı”, - Nemtsov qeyd edib.

Onun sözlərinə görə, böhranın real səbəbi dövlət monopoliyasıdır: “Bu sistemdə kiçik və orta biznes, şəxsi təşəbbüslər və müstəqil məhkəmə məhv edilib, korrupsiya çiçəklənib. Krımın zəbt edilməsi və Ukraynaya qarşı təcavüz sanksiyalara gətirib çıxardı. Bu, böhranı yalnız ağırlaşdı, amma onun səbəbi deyildi”.

“Nəticə: böhranı yaradan Putindir. Putin və böhran sinonim sözlərdir”, - Nemtsov sonda deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm