“Putin Mariupola hücum etmək istəyirdi, amma...”
Bizi izləyin

Dünya

“Putin Mariupola hücum etmək istəyirdi, amma...”

“Rusiya prezidenti Vladimir Putinə sülh lazım deyil. O, ukraynalıların icazə verdiyi qədər uzağa gedəcək”.

Publika.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya müxalifətçisi Boris Nemtsov bildirib.

Onun sözlərinə görə, Donbas müharibəsində hazırda hər şey Qərb və Putindən asılı deyil: “Hər şey ukraynalılardan asılıdır. Putin ukraynalıların icazə verdiyi qədər irəli gedəcək. Məsələn, Kreml rəhbəri Mariupola hücum etməyə hazırlaşırdı. Amma gördü ki, bu sadəcə olaraq alınmayacaq və dayanmağa məcbur oldu. Ukrayna Silahlı Qüvvələri, “Azov” alayı və digərləri Putinin qarşısını çox möhkəm kəsdilər. Amma Debaltsevoda vəziyyət komandirlərin ağılsızlığına görə tamamilə başqa cürdür. Hər şey yalnız sizdən asılıdır. Əgər Ukrayna rahatlasa, Putin Kiyevə çatacaq”.

“Mənim qiymətləndirmələrimə görə, Ukraynada döyüş qabiliyyəti olan hərbi hissələrdə təxminən 40 min hərbçi var. Bu bir il əvvəlki dövrlə müqayisədə daha yaxşıdır. Həmin vaxt döyüş qabiliyyəti olan cəmi 6 min hərbçi var idi. Amma diqqəti olan yönəltmək istəyirəm ki, hazırda hər min ukraynalıdan biri vuruşur. Bu müharibə deyil. Əgər söhbət ölkənin müdafiəsindən gedirsə, hər min nəfərdən biri deyil, hər yüz nəfərdən biri vuruşmalıdır”, - Rusiya müxalifətçisi vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm