• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Ermənistanda sığınacaq almış Orucovlar ailəsi yoxa çıxıb

  • Dünya
  • 5 Fevral 2015 08:40
  • 1 229 Baxış
Ermənistanda sığınacaq almış Orucovlar ailəsi yoxa çıxıb

Ermənistanda siyasi sığınacaq almış Azərbaycan vətəndaşı Cavid Orucovun ailəsi ötən ilin dekabr ayında ölkəni tərk edib. Bunu Ermənistan Miqrasiya Xidmətinin rəisi Qaqik Yeğanyana istinadən News.am xəbər verib.

Qaqik Yeğanyan ailənin hara yollandığı barədə məlumata malik olmadığını bildirib.

Keçmiş Bakı sakini 39 yaşlı Cavid Orucov 1983-cü il təvəllüdlü həyat yoldaşı Röya Mirzəyevə və üç kiçik yaşlı uşaqları ilə ötən il yanvarın 29-da Ermənistan-Gürcüstan sərhəd keçid məntəqəsində Ermənistanda siyasi sığınacaq istəmişdi.

Orucov Azərbaycanda xüsusi xidmətlərlə əməkdaşlıq etməkdən imtina etdiyinə görə təqib olunduğu səbəbindən ölkədən qaçmağa məcbur olduğunu və “əlçatmaz qalmaq üçün” müvəqqəti olaraq Ermənistanda sığınmaq qərarına gəldiyini demişdi.

Yerevanda Orucovlar ailəsinə Miqrasiya Xidmətinin qaçqınlar üçün yataqxanasında otaq ayırılmışdı.

Aprel ayında Yerevanın mərkəzində ailəsi ilə gəzinti zamanı BBC Azərbaycanın müxbiri ilə görüşən Cavid Orucov ailəsinin başqa ölkəyə köçürülməsi üçün BMT Qaçqınlar Komissarlığının qərarını gözlədiyini söyləyib, lakin Komissarlığın laqeydliyindən gileylənmişdi.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR