Dünya
Kadırova tam sərbəstlik: Kreml çeçen liderin müdafiəsinə qalxdı
Rusiya Baş prokurorluğu Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırovun müdafiəsinə qalxıb.
Publika.az BBC-nin rus xidmətinə istinadən xəbər verir ki, prokurorluq Kadırovun çeçen mücahidlərinin qohumları ilə bağlı bəyanatlarını qeyri-qanuni hesab etmədiyini açıqlayıb.
Qeyd edək ki, İşgəncələrə qarşı Komitənin sədri, Rusiya prezidenti yanında insan hüquqları üzrə şura üzvü İqor Kalyapin 2014-cü il dekabrın 9-da Kadırovun bəyanatları ilə əlaqədar tədbir görmək və vəzifə səlahiyyətlərini aşdığına görə cinayət işi qaldırmaq xahişi ilə Baş prokurorluq və Rusiya İstintaq Komitəsinə müraciət edib.
Ramzan Kadırov isə “Instagram” səhifəsində “Kalyapin quldurlar və onların qohumlarının müdafiəsinə qalxıb. Çeçenistan Respublikasında insan hüquqlarının müdafiəsi ilə mən məşğul oluram” yazaraq cavab vermişdi. O həmçinin əlavə edib ki, hüquq müdafiəçinin terrorizmə kömək etməsindən şübhələnir: “Səlahiyyətli orqanlarda informasiya var ki, Əhməd Umarov Qərbin xüsusi xidmət orqanlarının pulunu Kalyapin soyadlı bir nəfərə verib. Yoxlamaq lazımdır ki, söhbət hansı Kalyapindən gedir”.
Xatırladaq ki, 2014-cü ilin dekabrın 4-də silahlı qrup Qroznının mərkəzində polis əməkdaşlarına hücum etmişdi. Hadisədə ən azı 10 polis əməkdaşı öldürülmüşdü.
Kadırov isə hadisəyə görə silahlıların qohumlarının da cəzalandırılacağını açıqlamışdı: “Deyirlər ki, valideynlər oğulları və ya qızların hərəkətləri üçün cavab vermirlər. Mən rəsmən bildirirəm ki, bu dövrün sonu çatıb. Valideynlər oğulları və ya qızların hərəkətləri üçün cavab verəcəklər. Əgər Çeçenistan Respublikasında döyüşçü polis əməkdaşı və ya bir başqa insanı qətl edəcəksə, döyüşçünün ailəsi dərhal Çeçenistan sərhədlərindən çıxarılacaq və evləri bünövrəsi ilə birlikdə dağıdılacaq”.
Dekabrın 13-də isə İşgəncələrə qarşı Komitənin Qroznıdakı ofisi yanıb. Hüquq müdafiəçiləri əmindirlər ki, ofis Kadırovun əmri ilə yandırılıb.
Ömər Dağlı
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər