Nazir yolun ortasında can verən xəstəni “görmədi” - FOTOŞOK
Bizi izləyin

Dünya

Nazir yolun ortasında can verən xəstəni “görmədi” - FOTOŞOK

Hindistanda səhiyyə nazirinin ziyarət etdiyi bir xəstəxana qarşısında dəhşətli anlar yaşanıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, yeni təyin edilən səhiyyə naziri Laxma Reddi ziyarət etdiyi xəstəxananın qarşısında uzanan və ölməkdə olan bir adamı görməməzliyə vurub.

Ölkənin hazırda “donuz qripi” epidemiyası ilə mübarizə apardığı deyilir. Nazirin Heydərabadda bir xəstəxanaya ziyarət öncəsi ərazidə geniş təhlükəsizlik tədbirləri görülüb. Nazirin gəldiyi vaxt hər kəsin gözü xəstəxananın qarşısında uzanan və ölməkdə olan ağır xəstədə olub. Əsl şok isə nazirin gəlməsi ilə yaşanıb. O, xəstəni “görməyərək, onun yanından keçib və xəstəxanaya daxil olub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm