Səddam Hüseynin asıldığı kəndir hərraca çıxarılır
Bizi izləyin

Dünya

Səddam Hüseynin asıldığı kəndir hərraca çıxarılır

İraqın keçmiş prezidenti Səddam Hüseynin edamı zamanı istifadə olunan kəndir yeddi milyon dollara satılacaq.

Publika.az xəbər verir ki, bu barədə İngiltərənin “The Daily Mail” nəşri bildirib. Edam kəndiri hazırda İraqın keçmiş milli təhlükəsizlik məsləhətçisi, doktor Muvaffak Əl-Rubayidədir. Kəndiri almaq istəyənlər arasında iki Küveyt biznesmeni, İsraildən bir zəngin ailə və İranın bir dini təşkilatı var. Əl-Rubayi edam alətinə olan yüksək marağı nəzərə alaraq bildirir ki, daha əlverişli təkliflər ala bilər.

Qeyd edək ki, Səddam Hüseyn 2003-cü ilin aprelində ABŞ-ın müdaxiləsi ilə devrilib. Amma onu yalnız həmin ilin dekabrında ələ keçirmək mümkün olub. O, 2006-cı ildə insanlığa qarşı cinayətlərdə günahkar hesab olunub və edam olunması barədə hökm çıxarılıb. Hökm 30 dekabr 2006-cı ildə icra olunub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm