Avropadan Rusiyaya növbəti zərbə - SANKSİYA
Bizi izləyin

Dünya

Avropadan Rusiyaya növbəti zərbə - SANKSİYA

Avropa Birliyi Rusiyaya qarşı növbəti sanksiyaları tətbiq edib.

Publika.az xəbər verir ki, bu barədə “Azadlıq” radiosunun Brüssel müxbiri Rikard Vozvyak bildirib.

Onun sözlərinə görə, Avropa Birliyi ölkələrinin xarici işlər nazirləri bugünkü iclasında Rusiyanın daha 19 vətəndaşı ilə 9 şirkətini “qara siyahı”ya salıb və onların Avropa ölkələrindəki maliyyə hesabları dondurulub. Qərar 16 fevral tarixindən başlayaraq icra olunacaq.

Nazirlərin görüşündən əvvəl İsveçin xarici işlər naziri Margot Vallström bildirib ki, Avropa Birliyi Rusiya Federasiyasına qarşı əlavə sanksiyaların tətbiqinə hazır olmalıdır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm