• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Erməni katolikosun adı maliyyə fırıldağında hallanır

  • Dünya
  • 10 Fevral 2015 07:15
  • 350 Baxış
Erməni katolikosun adı maliyyə fırıldağında hallanır

HSBC bankının varlı müştərilərinin vergidən yayınması ilə bağlı araşdırmalarda Bütün Ermənilərin Katolikosu İkinci Qareginin də adı çəkilib.

Publika.az xəbər verir ki, II Qareginin hesabında 1 milyon dollardan çox pul aşkarlanıb.

İkinci Qareginin adı HSBC-nin bank hesablarında 2000-ci ildən xatırlanır. 2006-2007-ci illərdə “Qaregin İkinci Nerses” adına hesabda 1,1 milyon dollar məbləğində pul olub.

Beynəlxalq Jurnalist Araşdırmaları Konsorsiumunun (ICIJ) müraciətinə cavab olaraq Eçmiadzin Baş Kilsəsinin mətbuat katibi bu hesabın kilsə üçün xeyriyyəçilik məqsədləri ilə açıldığını bildirib.

“Hesab İkinci Qareginin adına onun sələfi vəfat etdikdən sonra eyni məqsədlərlə istifadə etmək üçün açılıb. Katolikosun səlahiyyətləri dairəsində olan erməni kilsəsinin katolikosluğu milli dini idarə olaraq vergidən azaddır. Vergi qoyma məsələsində Baş Patriarx toxunulmazdır”, - Eçmiadzin nümayəndəsi qeyd edib.

İsveçrədə HSBC bankının vergilərdən yayınan və pul yumaq kanalı olaraq bankına gəlir təmin edən milyonlarla dollarlıq aktivlərini gizlədən müştərilərinin siyahısı və hesablarını Beynəlxalq Jurnalist Araşdırmaları Konsorsiumu (ICIJ) məxfilikdən çıxarıb.

Məxfiliyin çıxarılması bankın Cenevrə bölməsinin IT şöbəsinin sabiq əməkdaşı tərəfindən 2008-ci ildə dövlət strukturlarına təqdim etdiyi sənədlərə əsaslanır.

Məxfiliyi götürülən sənədlərə əsasən, HSBC bankının İsveçrə bölməsində 203 ölkədən olan 106 min müştərilərin hesabında 100 milyard dollardan çox pul var.

Hesabda olan məbləğin ölçüsü üzrə tərtib edilən siyahıda Ermənistan 146-cı sətirdə yer tutur. İri hesaba malik olanlar arasında isə Bütün Ermənilərin Katolikosu II Qareginin adı çəkilir.

Ermənistana aidiyyəti olan, lakin adı açıqlanmayan daha bir şəxsin iri məbləğli bank hesabı 5,8 milyon dollar təşkil edir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR