Rusiyadan etiraf - Təyyarəmiz vuruldu
Bizi izləyin

Dünya

Rusiyadan etiraf - Təyyarəmiz vuruldu

Rusiya qırıcı təyyarəsini itirdiyini etiraf edib.

Publika.az-ın məlumatına görə, bu barədə güc strukturlarında mənbəyə istinadən RİA xəbər agentliyi bildirib.

Rəsmi versiyaya görə, Su-24 bombardmançısı Volqoqraddakı “Marinovka” aerodromuna yaxın ərazidə düşüb. Qırıcının iki pilotunun taleyi barədə hələlik məlumat yoxdur.

Xatırladaq ki, Ukraynanın “Azov” xüsusi təyinatlı batalyonu dünən Rusiyanın Su-25 bombardmançı təyyarəsini vurduğunu açıqlayıb. Təyyarənin Kuybışev rayonu ərazisinə düşdüyü bildirilirdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm