Kommunistlər Putindən “tarixi ədalət”in bərpasını istədilər
Bizi izləyin

Dünya

Kommunistlər Putindən “tarixi ədalət”in bərpasını istədilər

Rusiya Kommunist Partiyası “tarixi ədalət”in bərpası üçün növbəti təşəbbüslə çıxış edib.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, kommunistlər 30 il SSRİ-yə liderlik edən İosif Stalinin abidəsinin Moskva şəhərinə qaytarılmasını istəyir.

Partiyanın sədrinin müavini, Rusiya Dövlət Dumasının birinci vitse-spikeri İvan Melnikov Böyük Vətən Mühahibəsində qələbənin 70-ci ildönümünün keçirildiyi bir vaxtda Stalinin heykəlinin Moskvada olmamasını “qəribə” adlandırıb.

“Stalin demək olar ki, 30 il ölkəyə rəhbərlik edib. Qəribədir ki, onun Moskvada abidəsi yoxdur. Bu hətta ideoloji məsələ deyil, bu daha çox tarixi ədalətin bərpası məsələsidir. Bu cür məsələlər moskvalıların fikirləri nəzərə alınaraq həll edilməlidir. Stalinin qələbəyə verdiyi töhfəni nəzərə alaraq abidənin Moskvaya qaytarılması çox gözəl bir addım olardı”, - parlament üzvü bildirib.

İvan Melnikov xatırladıb ki, “Levada” Mərkəzinin yanvar ayında keçirdiyi sorğuda rusiyalıların 52 faizi Stalinin ölkə tarixində rolunu müsbət qiymətləndirib.

Xatırladaq ki, Stalinin nəvəsi bir müddət əvvəl Putini “ağılsız” adlandırıb: “Rusiyada ağıllı rəhbər yoxdur, yalnız oğrular var”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm