Dünya
Atmosferə ən çox zərərli karbon-dioksid qazı buraxan ölkələr məlum oldu
Amerika Birləşmiş Ştatları dövlət katibi Con Kerri İndoneziyanın paytaxtı Cakartada keçirilən iqlim dəyişikliyinə dair konfransda tənqidi çıxışları ilə yadda qalıb. Kerri, əsasən, irimiqyaslı istehsalçıları və iqlim dəyişikliyi məsələsinin, əslində, həqiqətə uyğun olmadığını iddia edən alimləri tənqid atəşinə tutub. Çıxışı zamanı Kerri şirkətləri atmosferə buraxılan zərərli qazları məhdudlaşdırmağa çağırıb.
"Bizim iqlim probleminin mahiyyətini təhrif etməyə çalışan bəzi
qruplara sərf etməyə vaxtımız yoxdur. Söhbət böyük şirkətlərdən
gedir. Onlar sadəcə problemin həlli yolunda artıq pul xərcləmək
istəmirlər. Şirkətlər bütün bəşəriyyət üçün doğru olanı etdikdə,
bunun mənfəətdən daha baha başa gələcəyini deyirlər. Biz bir qrup
dırnaqarası alimlərin elmi faktları yalan hesab etməsinə imkan verə
bilmərik. Elmi əsaslar birmənalıdır. Buna qarşı çıxanlar başlarını
torpağın altında gizlətməklə həqiqətdən qaça bilməyəcəklər".
Kerri qeyd edib ki, əsasən Amerika Birləşmiş Ştatları və Çin
zərərli karbon-dioksid qazını atmosferə ən çox buraxan
ölkələrdir.
Onun sözlərinə görə, şiddətli qasırğalar, yanğınlar, dənizdə suyun
səviyyəsinin qalzması, qütb buzlarının əriməsi, bitki və
heyvanların azalmasına səbəb məhz iqlim dəyişikliyidir./Associated
Press
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi