Dünya
Ölümcül virusa yoluxanların sayı artır
Ümumdünya Səhiyyə Təşkilatının yaydığı sonuncu açıqlamaya görə, Mers virusundan dünyada 358 nəfər ölüb.
Publika.az-ın məlumatına görə, təşkilatın qida təhlükəsizliyi üzrə mütəxəssisi Peter Ben Embarek BMT-nin Cenevrə ofisindəki toplantıda Mers xəstəliyinin səbəb olduğu ölümlər haqqında məlumat verib.
Onun sözlərinə görə, 2012-ci ildən sonra yayılmağa başalayan virusa 975 nəfər yoluxub, onların 358-i ölüb. Ölüm hadisələrinin əksəriyyəti Səudiyyə Ərəbistanda qeydə alınıb.
ÜST rəsmisinin sözlərinə görə, Mers virusuna yeni yoluxmaların əsas səbəbi dəvələrlə təmasda olmaq və əvvəlki xəstələrlə ünsiyyət qurmaqdır.
“Virusa yoluxmaların 30-35%-i ölümlə nəticələnir. Buna görə də,
dəvələrdən uzaq durmaq, dəvə südünü çiy formada içməmək məsləhət
görülür. Sudan istifadəni artırmaq lazımdır”-deyə ÜST rəsmisi
bildirib.
Demək olar ki, hər gün bu virusa yoluxma halları aşkarlanır. Bu virusa yoluxma ilk dəfə Səudiyyə Ərəbistanda qeydə alınıb.
Gülxar
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."