Türk generallar İŞİD-ə qarşı toplantıda – FOTOLAR
Bizi izləyin

Dünya

Türk generallar İŞİD-ə qarşı toplantıda – FOTOLAR

Fevralın 18-19-da Səudiyyə Ərəbistanında “İraq Şam İslam Dövləti” (İŞİD) terror təşkilatı ilə mübarizəyə həsr olunan qapalı beynəlxalq hərbi toplantı təşkil olunacaq.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, toplantıda NATO-ya üzv olan bir sıra ölkələrin, İŞİD-ə qarşı yaradılan koalisiya üzvü olan dövlətlərin yüksək rütbəli hərbiçilərinin iştirakı gözlənilir. Tədbirdə ABŞ prezidenti barak Obamanın İŞİD-ə qarşı verdiyi qərarların nəzərdən keçirilməsi planlaşdırılır.

Konfransda İŞİD terrorçu dəstələrinin Suriya və İraqda fəaliyyətinə qarşı mübarizə tədbirlərinin gücləndirilməsi və digər məsələlərin müzakirəsi nəzərdə tutulub. Bundan əlavə, toplantıda Suriya müxalifətinə dəstək verilməsi ilə bağlı çağırışların da olması gözlənilir.

Artıq sözügedən toplantıya qatılacaq yüksək rütbəli hərbiçilərdən bəzilərinin də kimliyi məlum olub. Belə ki, həmin tədbirdə Türkiyənin Baş Qərargah rəisi Necdət Özəlin iştirakı gözlənilir. Digər tərəfdən, Türkiyə Baş Qərargahın məxfi əməliyyatlar rəisi, general-leytenant Erdal Öztürkün sözügedən toplantıda iştirakı da təsdiqini tapıb.

Türkiyənin İŞİD-ə qarşı hazırlanan xüsusi hərbi əməliyyatlara hər hansı formada dəstək verib-verməməsi isə bu konfransdan sonra bəlli olacaq.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm