Qartopuya qurban gedən jurnalistin ölüm görüntüləri - VİDEO
Bizi izləyin

Dünya

Qartopuya qurban gedən jurnalistin ölüm görüntüləri - VİDEO

Türkiyəli jurnalist Nuh Köklünün İstanbulun Kadıköy səmtində qartopu oynayarkən öldürülməsi görüntüləri yayılıb.

Publik.az xəbər verir ki, hadisə dünən axşam baş verib.

Qeyd edək ki, İstanbulun Kadıköy səmtində dostları ilə qartopu oynayan Nuh Köklünün atdığı qartopularından biri yaxınlıqdakı ədviyyat dükanının pəncərəsinə dəyib. Buna əsəbiləşən dükan sahibi Serkan Azizoğlu küçəyə çıxaraq Köklü və dostları ilə mübahisə edib.

Mübahisə əsnasında dükana qayıdan Serkan Azizoğlu əlində bıçaq bayıra çıxaraq Nuh Köklünü ürəyindən vurub. Ağır yaralanan jurnalisti dostları təcili yardımla xəstəxanaya çatdırsalar da, onun həyatını xilas etmək mümkün olmayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm