Amerikalı şərhçidən bağışlanmaz hərəkət - Fotolar
Bizi izləyin

Dünya

Amerikalı şərhçidən bağışlanmaz hərəkət - Fotolar

Amerikalı şərhçidən bağışlanmaz hərəkət Fotolar

Bu gün NBC kanalının şərhçisi Kristin Kuperin hərəkətini bütün Amerika müzakirə edir.

Slalom idmanı üzrə yarışan Bode Miller finalda bürünc medal qazanması haqqında şərhçiyə müsahibə verərkən hər şey qaydasında gedirdi, lakin şərhçi 2013-cü ildə qəfil ürək tutmasından vəfat edən Bodenin qardaşı haqqında sual verərkən aləm bir-birinə dəyib.

İdmançı hisslərini çətinliklə ələ almasına baxmayaraq şərhçi həlak olmuş qardaşı haqqında sualları verməkdən çəkinməyib. Nəticədə Miller canlı efirdəcə hönkür-hönkür ağlayıb, Kuperə qarşı isə sosial şəbəkələrdə təqib başlayıb.

Bode Miller “Twitter” səhifəsində qeyd edib: “Dəstəyə görə çox sağ olun. Bu gün həyatımın ən emosional günü oldu. Mən qardaşım üçün darıxıram!”

Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm