İsrail Fələstinin 175 milyon dollarını müsadirə etdi
Bizi izləyin

Dünya

İsrail Fələstinin 175 milyon dollarını müsadirə etdi

İsrail Fələstinin vergilərini yenidən müsadirə edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, İsrail hökuməti Ramallah rəhbərliyinə verilməsi üçün fələstinlilərdən topladığı fevral ayına aid gəliri Fələstin hökumətinə göndərməyəcəyini açıqlayıb.

Fələstinin idxal və ixracatdan əldə etdiyi aylıq vergi gəliri 175 milyon dollardır. Lakin həmin vəsait 2014-cü ilin dekabr ayından İsrail tərəfindən müsadirə edilir. Fələstin rəhbərliyi həmin vəsaitlə 175 min məmurun maaşını ödəyir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm