Türkiyədə polis kəşfiyyatının keçmiş rəisi həbs olundu
Bizi izləyin

Dünya

Türkiyədə polis kəşfiyyatının keçmiş rəisi həbs olundu

Türkiyə polis kəşfiyat idarəsinin keçmiş rəisi 2007-ci ildə erməni jurnalist Hrant Dinkin qətli ilə bağlı aparılan istintaq çərçivəsində həbs olunub.

Publika.az-ın məlumatına görə, Ramazan Akyurek fevralın 26-da Ankarada saxlanıb. O erməni jurnalistin qətlinə etinadsız yanaşmaqda ittiham olunur.

Hrant Dink bir millətçi gənc tərəfindən baş redaktoru olduğu Akos qəzetinin ofisi ətrafında güllələnib və həmin gənc 2011-ci ildə məhkum edilib.

Ramazan Akyurek hakimiyyəti korrupsiyada ittiham edən və hazırda ABŞ-da yaşayan dini xadim Fətullah Gulen ətrafında qopan qalmaqala görə işdən azad edilən yüzlərlə polis zabitindən biridir.

Yanvarda Grant Dinkin qətlinin qarşısını ala bilməməkdə şübhəli bilinən daha 2 polis zabiti həbs olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm