
Ötən gün Moskva şəhərinin cənubi-şərqində tikinti gedən ərazidə Azərbaycan vətəndaşı öldürülüb.
Publika.az “mskagency.ru” saytına istinadən xəbər verir ki, işçilər gündüz vaxtı binada boya işləri ilə məşğul olarkən atəş səsini eşidib və polisi çağırıblar.
“Hadisə yerinə gələn polis əməkdaşları başı, kürəyi və və qasıq nahiyəsində güllə yarası olan 44 yaşlı kişinin meyitini aşkar ediblər”, - xəbərdə deyilir.
Rusiya Daxili İşlər Nazirliyinin Moskva şəhəri üzrə idarənin mətbuat xidmətindən faktı təsdiq ediblər.
Ömər Dağlı