• USD 1,7202 0,00% EUR 1,8529 0,00%
    • GBP 2,1255 0,00% RUB 0,0298 0,00%

“Nemtsovu körpüdə öldürməyiblər!” – “İtən” qanla bağlı ŞOK VERSİYA

  • Dünya
  • 3 Mart 2015 14:50
  • 3 370 Baxış
“Nemtsovu körpüdə öldürməyiblər!” – “İtən” qanla bağlı ŞOK VERSİYA

Rusiya müxalifətçisi Boris Nemtsovun öldürüldüyü gündən bəri minlərlə insan qətlin baş verdiyi yeri – Böyük Moskva körpüsünü ziyarət edir və oraya gül qoyur. Amma Rusiyanın xəbər portallarından birinin iddiası şok sayıla bilər.

Publika.az xəbər verir ki, xəbər portalı Nemtsovun Böyük Moskva körpüsünün üstündə öldürüldüyünə şübhə edir.

“Makarov”un dəyişən texniki göstəriciləri və “itən” qan

Rəsmi versiya ondan ibarətdir ki, Nemtsov sevgilisi olan ukraynalı modellə körpü ilə evinə doğru hərəkət edib. Körpüdəki piyada pilləkənin yanında qatil “Makarov” markalı tapançadan 6 dəfə atəş açıb və ağ rəngli avtomobillə hadisə yerindən qaçıb.

Həkimlərin rəsmi məlumatlarına görə, Nemtsov atəş açılandan 2 dəqiqə sonra ölüb. Hədəfə dəyən 4 güllə isə boyun, ürək, qaraciyər və mədəyə toxunub. Xəbər portalı Nemtsevun körpüdə öldürüldüyünə dair şübhələri aşağıdakı şəkildə əsaslandırmağa çalışır.

“Rəsmi versiyaya görə, qatilə “Makarov”dan 6 dəfə atəş açmaq üçün 4 saniyədən də az vaxt lazım olub. Amma “Makarov”un texniki göstəricilərinə görə, 6 atəş üçün 12 saniyə tələb olunur. Hər 4 güllə Nemtsovun kürəyindən dəyib. Amma belə yaralanmalar zamanı insan son gülləyə qədər ayaq üstündə dayana bilərmi? Şübhəli məqamdır”, - yazıda qeyd edilir.

Portal hesab edir ki, şübhə yaradan daha bir məqam yerdə qanın olmamasıdır: “Budur, həkimlərin gəldiyi zaman çəkilən şəkil. Bədənin yaralandığı yer görünmür, çünki atəş kürəyə edilib. Amma qan haradadır? Körpü meyillidir və yerdə qan olmalıdır. Axı rəsmi məlumatlara görə, güllələr baş, ürək və qaraciyərə dəyib. Rəsmi məlumatlara görə, ölüm 2 dəqiqə sonra baş verib. Bir dəqiqə ərzində insanın ürəyindən 6 litr qan dövr edir, insan qanının 10 faizi – təxminən 500-700 qramı qaraciyərdə, 8 faizi isə beyindədir”.

Hadisənin şahidləri haradadır?

Qətl yerindən avtobus dayanacağına qədər 130 metrdir. Videodan da göründüyü kimi, dayanacağa avtobus yaxınlaşır. Amma indiyə qədər atəşi eşidən heç bir şahid yoxdur. Avtobus dayanacağı olmadan belə Moskvanın mərkəzində həmin vaxt ən azı 500 metr radiusda insan olmalı idi. Amma onlar da yoxdur.

“Qartəmizləyən” maşının sürücüsü təsdiq edib ki, yerə uzanan Nemtsovu maşının güzgüsündən görərək dayanıb. Nemtsovun sevgilisi ilə 4 dəqiqə danışdıqdan sonra öz yolu ilə gedib. O, heç olmasa, maraq naminə yerdə uzanan adama yaxınlaşmayıb.

“Mən anlayıram ki, axşam saatlarında Rusiyada insanlar yolda uzanana diqqət verməyə bilərlər. Hesab edə bilərlər ki, həmin şəxs spirtli içki içərək uzanıb. Xüsusən də onlar yerdə qan görməyiblər. Amma təəccüblü budur ki, Nemtsovu fotomodelin gözləri qarşısında öldürüblər və o, sakitcə dayanıb. O, “kömək edin, öldürdülər” qışqıraraq vətəndaşlara kömək üçün müraciət edə bilərdi. Axı o, həkim deyil və Borisin artıq öldüyünü bilməzdi. Həmçinin inanmıram ki, bu vəziyyətdə fotomodel nəbzi yoxlayıb və Nemtsovun öldüyünə əmin olandan sonra sakitcə “qartəmizləyən” maşının sürücüsü ilə söhbət etməyə yollanıb”, - xəbər portalı qeyd edir.

Xülasə

“Makarov” tapançasının atma sürətinin qabiliyyəti, Nemtsovun qansız bədəni, bütün güllələr dəyənə kimi ayaq üstə dayanan bədən, polad əsəbləri olan fotomodel, “qartəmizləyən” maşının sürücüsü və Nemtsovun uzanan cəsədinin yanından keçib-gedənlər....

Yazıda qeyd edilir ki, bütün bunların yalnız bir izahı var: “Nemtsovu körpüdə öldürməyiblər. Fotomodelin yanında olan şəxs və bizə Nemtsov kimi təqdim edilən insan ağ maşınla gedib, çünki o, hadisə yerindən yox olmalı idi. “Qartəmizləyən" maşın Nemtsovun bədəninin hadisə yerinə çatdırılması üçün mükəmməl vasitədir. Kameradan kənar 4 saniyə kifayətdir ki, bədən maşından çıxarılsın. Anlayıram ki, vəhşi versiyadır. Ancaq heç kimin atəşləri eşitməməsi, yerdə qanın olmaması, “qartəmizləyən” maşınının əvvəlcə yavaş-yavaş hərəkət etməsi və sonra oradan sürətlə uzaqlaşması, fotomodelin onunla ünsiyyət saxlaması və yoldan keçənləri köməyə çağırmaması şübhələr oyadır”.

Ömər Dağlı

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR