Evi ilə birlikdə özünü də satışa çıxardı – VİDEO\FOTO
Bizi izləyin

Dünya

Evi ilə birlikdə özünü də satışa çıxardı – VİDEO\FOTO

İndoneziyanın Cava adasında gözəllik salonu işlədən Vina Lia adlı qadın ər tapmaq üçün evini özü ilə birlikdə satışa çıxarıb.

Publika.az-ın məlumatına görə, qadın bu qeyri-adi elanla az müddətdə rekord sayda müştəri tapıb.

Daşınmaz əmlak şirkətinin biri ilə müqavilə bağlayan Vina Lia alıcılara dul və iki uşaq anası olduğunu xatırladaraq 75 min dollara satışa çıxardığı evini alan şəxsin onunla evlənməli olduğunu bəyan edib. Elana öz şəkilini də yerləşdirən dul qadın alıcılardan ciddi olmasını və bazarlıq etməyəcəyini xüsusilə vurğulayıb.

Amma bu elan gənc qadın üçün əməlli başlı problem yaradıb. Yerli polislər Vina Lianın evinə gedərək elanla bağlı cinayət işi qaldırıblar.

Polisə ifadə verən Lia məsuliyyəti əmlak şirkətinin üzərinə atıb. Onun sözlərinə görə, şirkət onun dul olduğunu bildikdən sonra belə bir təkliflə çıxış edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm