İrana qarşı sanksiyaların ləğvi müzakirə olunur
Bizi izləyin

Dünya

İrana qarşı sanksiyaların ləğvi müzakirə olunur

Dünyanın supergücləri İran üzərindən BMT sanksiyalarının qaldırılmasını nəzərdə tutan Təhlükəsilik Şurası qətnaməsi ətrafında danışqılara başlayıblar.

Publika.az-ın məlumatına görə, danışıqlar Təhlükəsizlik Şurasının daimi üzvləri olan Britaniya, Çin, Fransa, Rusiya, ABŞ, habelə Almaniya ilə İran arasında aparılır.

Gələn bazar ertəsindən isə Tehranın nüvə proqramına dair son dərəcə çətin danışıqlar başlanacaq.

ABŞ dövlət katibi Con Kerri ötən çərşənbə günü Konqres qarşısındakı çıxışında deyib ki, İranla nüvə sazişi hüquqi baxımdan icbari olmayacaq. Bu isə o deməkdir ki, sazişin icra edilib-edilməməsi məsələsi ABŞ-ın növbəti prezidentinin ixtiyarında olacaq. 47 respublikaçı senatorun bundan əvvəl İran liderlərinə göndərdikləri məktubda da məhz bu məqam vurğulanırdı. Senatorlar yazıblar ki, hər hansı saziş Barack Obama Ağ Evi tərk etdikdən sonra qüvvəsini itirə bilər.

Bundan fərqli olaraq Təhlükəsizlik Şurasının bu məsələyə dair qətnaməsi hüquqi baxımdan icbari olacaq. Bu isə Vaşinqtondakı respublikaçıların İranla sövdələşməyə mane olmaq imkanlarını son dərəcə məhdudlaşdıracaq.

İran və P5+1 adlı 6 dövlət arasında yekun nüvə sazişi mart ayının sonlarınadək imzalanmalıdır. Sazişin tam mətninin iyun ayında imzalanması nəzərdə tutulub. Danışıqların hazırkı mərhələsində İran onun neft və enerji sektoru üzərinə qoyulmuş ABŞ və BMT sanksiyalarının qaldırılmasına çalışır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm