Xəstə körpəni daşıyan vertolyot qəzaya uğradı: 7 ölü
Bizi izləyin

Dünya

Xəstə körpəni daşıyan vertolyot qəzaya uğradı: 7 ölü

Serbiyada xəstə bir körpəni daşıyan vertolyot paytaxt Belqrad yaxınlığında qəzaya uğrayıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, qəza nəticəsində 7 nəfər ölüb.

Rusiya istehsalı olan hərbi vertolyotun qəzaya uğramasının səbəbi məlum deyil. Ölənlər arasında körpədən başqa həkim, tibb bacısı və 3 ekipaj üzvünün olduğu bildirilir.

Serbiya hökuməti ölkədə bir günlük matəm elan edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm