2015-ci ildə Ermənistanda iqtisadi tənəzzül 10-12 faiz təşkil edəcək
Bizi izləyin

Dünya

2015-ci ildə Ermənistanda iqtisadi tənəzzül 10-12 faiz təşkil edəcək

2015-ci ildə Ermənistanda iqtisadi tənəzzülün 10-12 faiz təşkil edəcəyi proqnozlaşdırılır. Ermənistan Mərkəzi Bankı ölkə iqtisadiyyatı ilə bağlı bədbin proqnoz açıqlayıb.

Bankın yaydığı məlumata görə, 2015-ci ildə ölkədə fərdi transfertlərin təxminən 30 faizədək azalacağı gözlənilir. Ötən ilin yanvar ayı ilə müqayisədə Ermənistanın beynəlxalq valyuta ehtiyatı 900 milyon dollar, yəni 40 faiz azalıb. Bu hal Ermənistan əhalisinin alıcılıq qabiliyyətinin kəskin şəkildə düşməsinə, yaşayış səviyyəsinin isə daha da pisləşməsinə yol açacaq. İqtisadçılar bu il Ermənistanda iqtisadi göstəricilərin yaxşıya doğru dəyişməyəcəyini və yoxsulluq səviyyəsinin artacağını proqnozlaşdırırlar.

Mərkəzi Bankın sabiq sədri Baqrat Asatryan bildirib ki, 2014-cü ildə Ermənistandan miqrasiya 2013-cü illə müqayisədə 10-12 faiz artaraq 47 min nəfəri ötüb. Ölkədə iqtisadi vəziyyətin pisləşməsinin əsas göstəricisi də məhz Ermənistandan mühacirətin artmasıdır. Ölkədə iş yerlərinin olmaması əhlini miqrasiyaya sövq edir. İşləri olan vətəndaşlar isə aylarla əmək haqlarını ala bilmirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm