Dünya
Moskvadan cavab: 60 ABŞ siyasətçisi “qara siyahı”da – ADLAR
Rusiya Avropa Birliyinin və ABŞ-ın 200-dən artıq siyasətçi və məmurunu ölkəyə gəlişi qadağan olunmuş şəxslərin “qara siyahı”sına salmağa hazırlaşır.
Publika.az “İzvestiya” qəzetinə istinadən bildirir ki, bu şəxslər XİN-in müvafiq siyahısına salınacaq.
“Bu siyahıdakı şəxslərin sayı Avropa Birliyinin və NATO-nun analoji “qara siyahısı”nda olanların sayı ilə eynidir. Siyahda birinci yeri ABŞ tutur. Bu ölkənin 60-dan yuxarı vətəndaşına ölkəyə gəlmək qadağan ediləcək”, - deyə Rusiya XİN-ə yaxın mənbə qəzetə bildirib.
Rusiyanın “qara siyahısı”nda ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Kerolayn Atkinsonun, prezidentin köməkçisi Deniel Pfayferin və Bencamin Rodenin, ABŞ Konqresinin fraksiya lideri Harri Ridin, Nümayəndələr Palatasının spikeri Con Beynerin, Senatın xarici məsələlər üzrə komitəsinin sədri Robert Menendesin, senatorlar Meri Lendryunun və Con Makkeynin adları var.
Məhdudiyyətlər həmçinin 13 kanadalı siyasətçiyə, o cümlədən baş nazirin müşaviri Krisitin Hoqana və digərinə aid edilib.
XİN-dəki mənbə siyahının genişləndiriləcəyini istisna etməyib.
X. SƏFƏROĞLU
-
Nida Xəbər 11:28
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış edir - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?